“Molla Pənah Vaqif işığında”

Mayın 26 – da Azərbaycan dili və ədəbiyyatı müəllimi Məftunə Quliyeva rəhbərliyi altında 5ç sinfində “Molla Pənah Vaqif işığında” dəyirmi masası keçirilmişdir. Tədbirin giriş sözü ilə Quliyeva Məftunə açdı. Sonra isə şagirdlərdən biri Molla Pənah Vaqifin məşhur “Görmədim” müxəmməsindən bir parça söylədi. Şagirdlər Vaqifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdilər. “Durnalar”, “Heyif ki, yoxdur”, “Pəri” qoşmalarından deyilmiş parçalar hamının ürəyincə oldu. "Dəyirmi masa"da məktəbimizin direktoru Aygün xanım Əzizova, kitabxanaçı Səadət Cəlilova, riyaziyyat müəllimi Samirə Cəfərova, Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Mehdiyeva iştirak edirdilər. Sonda Aygün xanım öz ürək sözlərini söylədi və tədbir haqqında xoş təəssüratlarını iştirakçılarla bölüşdü.