328 nomrəli tam orta məktəbdə qonaq olduq

Azərbaycan Respublikasının 2005-ci ildən tərəfdaşı olduğu Boloniya sisteminin mobillik prinsipinə uyğun olaraq 328 saylı məktəbə Salyan rayonu Sarvan kənd məktəbindən qonaqlar gəlmişdi. Çox maraqlı keçən bu görüşdə açıq dərslər dinlənildi, müzakirələr aparıldı və bir çox başqa tədbirlər keçirildi. Nizami Rayonu İcra Hakimiyyəti Başçısının müavini Gülnaz İsrafilova, Nizami rayonu Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva, Nizami rayonu İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Bakı Şəhəri üsrə Baş Təhsil idarəsinin məsləhətçisi Camal Bağırov və 251 saylı məktəbin direktoru Aygün Əzizova da bu tədbirdə iştirak etdilər.Əvvəlcə Gülnaz Rəsulova çıxış edərək qonaqlara xosgəldin etdi. Sonra hər iki məktəbin direktoru çıxış edərək belə tədbirlərin vacibliyindən danışdılar. Hər iki məktəbin müəllimləri nümunə dərsləri dedilər və dərslərdən sonra müzakirələr aparıldı. Daha sonra qonaqlar Suraxanı rayonu Heydər Əliyev muzeyinə getdilər.Şahbazova Günəş, Mehdiyeva Pərvanə, Həsənova Gülnarə, Məmmədova Gülnarə, Səfərov Qabil, Nuriyev Seymur və başqalarının dərsləri maraqla qarşılanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi