Rzayeva Nərminə xanımın "Açıq Dərs"i

22 may tarixində məktəbin ibtidai sinif müəllimi Rzayeva Nərminə 1da sinfində "Zaman,Saat" mövzusunda "Açıq dərs" keçmişdir. Müəllim sinifi 5 qrupa bölmüşdür."Симка", "Нолик", "Папус", "Дедус", "Дим - Димыч" adı altında birləşən qruplar müəllimin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirdilər.Dərslik, slaydlar, iş vərəqlərindən istifadə olunmaqla dərsdə qarşıya qoyulan məqsədə nail olundu. "Açıq Dərs"də məktəbin direktoru A.Əzizova, müavinlərdən E.Alandərova, müəlimlərdən E.Ramazanova, G.Xəlilova iştirak edirdilər. Sonda müəlim bütün qrupları yüksək qiymətləndirdi. Müşahidəçi müəllimlər dərsin gedişindən və nəticələrdən razı qaldıqlarını bildirmişlər.