"Ekologiya Günü"nə həsr olunmuş iməclik

23.05.2017 - ci il tarixində "23 may Ekologiya Günü" münasibətilə məktəbyanı sahədə I - XI sinif şagirdlərinin (az - rus bölmə) iştirakı ilə ümumməktəb iməcliyi keçirilmişdir.Şagirdlər məktəb həyətində olan tullantıları xüsusi ayrılmış zibil qutularına yığdılar.Ağacların, güllərin dibləri yumşaldılaraq, suvarıldı. Məktəbdaxilində, siniflərdə də iməclik abu - havası hiss olunurdu. Sinif pəncərələri, döşəmələr, qapılar, partalar silinərək, təmizləndi. Məktəb kitabxanasında kitablar, şkaflar silinərək, rəflər səliqəyə salındı.Məktəbin ibtidai sinif müəllimi Arzu Qəmbərova "Ekologiya Günü"nə görə sinifi ilə birlikdə Qobustana səyahətə getdilər. Şagirdlər səyahət boyu tarixi məkanlara ziyarət etmiş, həmdə çoxlu şəkillər çəkdilər. Hər kəs səyahətdən məmnun halda geri qayıtdılar.