İsmayılova Təranə xanım “Janrlar” mövzusunda “Açıq dərs” keçmişdir

18.05.2017 – ci il tarixində məktəbin ibtidai sinif müəllimi İsmayılova Təranə xanım “Janrlar” mövzusunda “Açıq dərs” keçmişdir. Dərs müasir təhsil metodu olan kurikulumun tələbləri səviyyəsində qurulmuşdur.Azərbaycan dili dərsi riyaziyyat fənni ilə inteqrasiya olunmuşdu.Motivasiya yüksək səviyyədə, maraqlı tərtib olunmuşdu. Uğurlu alınan “Beyin həmləsi” dərsin yaddaqalan məqamlarından idi.“İlk nəğməmiz”, “Düşündük, tapdıq”, “Söz sənətimiz”, “Çalış yanılma”, “Əzizim bizim sinif” qruplarında birləşən şagirdlər verilən tapşırıqların öhdəsindən bacarıqla gəldilər.Tapmacalardan, atalar sözlərindən, yanılmaclardan dərsin gedişində ustalıqla istifadə olundu. Ev tapşırığı kimi “Ailə üzvləriniz hansı janra üstünlük verir?” adlı “Barqraf” tapşırıldı. Qiymətləndirmə zamanı bütün qrupların cavabları yüksək qiymətləndirildi. Müşahidəçi müəllimlər və direktor dərsin gedişindən razı qaldıqlarını bildirdilər.Aygün xanım Əzizova şagirdlərin sərbəstliyini və hazırcavablıqlarını yüksək qiymətləndirdi. Təranə müəllimə və şagirdlərinə təşəkkür edərək daha böyük uğurlar arzuladı.