Hacıyeva Gülnarə müəllimin "Açıq Dərs"i
Məktəbin ibtidai sinif müəllimi Hacıyeva Gülnarə "Açıq dərs" vermişdir. Dərsin mövzusu elektron lövhədə təsvir olunan, sehrli sandıqdan çıxan şəkillər vasitəsilə aşkarlandı. Mövzu: "Vaxt" adlanırdı. Mövzu ətrafında müəllimin verdiyi vaxtı nə ilə təyin edirik və saatın hansı növləri var? sualına şagirdlər bir - birindən maraqlı cavablar verdilər. Vaxtın həyatımızda nə kimi rolu var? sualı ətrafında şagirdlər qruplar şəklində tapşırıqları yerinə yetirdilər.Zaman vahidlərinin adı ilə "Ay", "Gün", "Həftə", "İl", qrupları verilən tapşırıqları vaxtında və səhvsiz yerinə yetirdilər.Qruplar müəllim tərəfindən özünməxsus şəkildə çəhrayı güllərlə qiymətləndirildi.Bütün qruplar yüksək nəticə nüçayiş etdirdilər. Kurikulum qaydaları əsasında qurulan dərs "Azərbaycan dili", "Həyat bilgisi", "Musiqi", "Fiziki tərbiyə" dərslərinə inteqrasiya ilə yadda qaldı. Dərsin ən önəmli məqamlarından biri sonda motivasiyaya qayıdış oldu. Ulu öndər H.Əliyevin "Təhsil millətin gələcəyidir" fikri şagirdlər tərəfindən söylənildi.H.Əliyevin öz səsi ilə S.Vurğunun "Azərbaycan" şeirinin səslənməsi dərsin təsirli və nüfuzedici anlarından idi. Nəticədə nə öyrəndik sualına şagirdlər: "Zaman" vahidini, saatların növləri gündəlik həyat rejimini, vaxtımızı bölüşdürməyi öyrəndik, cavabını verdilər.Sonda Gülnarə müəllim sinfə ev tapşırığı verdi. Müşahidəçi müəllimlər: M.Təranə, A.Qəmbərova, G.Əlirzayeva dərsdən razı qaldıqlarını bildirdilər. Direktor A.Əzizova şagirdlərə və müəllimə uğurlu dərsə görə təşəkkürünü bildirdi. Şagirdlərin nitq səlisliyini, cavabları verərkən sərbəstliklərini qiymətləndirən direktor, dinləmə vərdişlərinin aşılanmasının gərəkli olduğunu vurğuladı.