"Biz böyüyək kiçilmiş məktəbli formalarımız ailələri sevindirsin"

Aprel ayının ortalarında məktəbin kimya müəllimi Balayeva Mətanət xanımın təşkilatçılığı ilə "Məktəbli forması problemi"nə yox deyək şüarı altında keçirilən "Biz böyüyək kiçilmiş məktəbli formalarımız ailələri sevindirsin" layihəsinə start verildi. Bu layihənin məqsədi imkansız ailələrə dəstək verməkdir. Elə ailələr var ki, çox uşaqlı olduqlarına görə məktəb formasını almağa imkanı olmur. Bu layihə məktəbli forması ala bilməyən ailələrə bir növ dəstək olacaq. Bununla bərabər elə ailələr var ki, övladlarının formaları kiçilir və bu formaları rəhbərliyə təhvil verərək, layihəyə təkan verirlər. Və bununla layihə öz işini görərək məktəblilərə dəstək olur. Bir sözlə məktəbli məktəbliyə kömək edir. Nəticədə bütün şagirdlər səliqəli məktəbli formasında təhsilini davam etdirir.Layihədə VIIIc, VIIb, IXc, Xb sinif şagirdləri, ədəbiyyat müəllimi Təranə Mehdiyeva yaxından iştirak etdi. Biz ümidvarıq ki, hələ də davam edən layihəyəyə yeni siniflər, köməkçi müəllimlər qoşulacaqdır.Bu layihə təkcə xeyirxahlıq aksiyası kimi yadda qalmayacaqdır. Mərhəmət, paylaşmaq istəyi kimi babalardan bizə miras qalan ənənələrin gələcək nəsillərə ötürülməsi baxımından, belə layihə və tədbirlərin davamlı olaraq həyata keçirilməsi təqdirəlayiq hadisədir.