İsakova Qərənfil xanımın "Açıq dərs"i

Məktəbin ibtidai sinif müəllimi İsakova Qərənfil 1b sinfində "Ağac hər dərdə əlac" mövzusunda "Açıq dərs" keçmişdir. Dərsdə müşahidəçi müəllimlərdən məktəbin direktoru A.Əzizova, direktor müavinləri: Ü.Nuriyeva, E.Ələndərova, ibtidai sinif müəllimləri T.Muxtarova, H.Gülnarə, Ə.Gülarə iştirak edirdlər. Sinfin ümumi tərtibatı mövzu hələ elan olunmamışdan söhbətin nədən gedəcəyi haqqında məlumat verirdi.Yaşıl ağaclar, yarpaqlar, ağac maketləri ilə bəzədilmiş sinif yaşıl bir meşəni xatırladırdı. Dərs elektron lövhədə ağaclar haqqında məlumatlarla başladı. "Dəmirağac", "Çinar", "Şam", "Alma ağacı", "Palıd adları altında qruplaşan şagirdlər "Ağac hər dərdə əlac" nağılı əsasında seçilmiş açar sözlər vasitəsilə tapşırıqları yerinə yetirərək,təqdimatlar etdilər. Ağacların insanlara müraciəti adlı mahnı şagirdlərin ifasında xor şəklində oxundu. Müəllim elektron lövhədə qəribə ağaclar: "Konfet ağacı", "Çörək ağacı", "Kolbasa ağacı" haqqında maraqlı məlumatlar verdi. Qərənfil müəllimin hazırladığı "Sehrli ağac"a hər şagird öz arzularını yarpaqlar şəklində yapışdırdı.Şagirdlərin bir - birindən maraqlı arzuları bu ağacda əks olundu. Bu arzulardan ən yaddaqalanı isə Qarabağın alınması istəyi oldu. Ev tapşırığı kimi müəllim şagirdlərə "Ağacın əkilməsi haqqında" öyrənməyi tapşırdı. Qiymətləndirmə zamanı Qərənfil müəllim bütün qruplara yüksək balla qiymətləndirdi. Dərsin sonunda Ağacla bağlı səhnəcik təqdim edən şagirdlər sinif adından hər il məktəb həyətində hərəyə bir ağac əkməyə söz verdilər. Şagirdlərin hər birinə direktor tərəfindən "Ağac hər dərdə əlac" adlı nağıl kitabı paylandı. Sonda direktor A.Əzizova,müavin: E.Ələndərova, müşahidəçi müəllimlər dərs haqqında yüksək fikirlərini bildirərək müəllim və şagirdlərə təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi