Ə.Gülarə və M.Gülarə müəllimlərin Ulu öndər H.Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir

11.07.2017 – ci il tarixində məktəbin “Akt zalında” ibtidai sinif müəllimi Ə.Gülarə xanımın və musiqi rəhbəri M.Gülarə müəllimin təşkilatçılığı ilə Ulu öndər H.Əliyevin anadan olmasının 94 illiyi münasibətilə 1a sinfinin şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir.Gül – çiçəklər, rəngli şarlarla bəzədilmiş zal qonaqların üzündə xoş bir təbəssüm oyadırdı. Hər kəs özünü Vətən çiçəklərinin xoş rayihəsinə bürünmüş yaşıl çəmənlikdə hiss edirdi.Himn səslənməsi ilə başlayan tədbir daha sonra şagirdlərin çıxışları ilə rəngləndi.Xalqımızın ümummilli lideri H.Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən slaydlar, bu böyük şəxsiyyətin dahiliyinin əyani sübutu kimi gözlər önündə canlandı.Böyük rəhbərə həsr olunmuş mahnılar, şeirlər bir – birini əvəz etdi.Hər bir şeirdə, hər bir mahnıda böyük dühanın hər kəsə məlum olan yüksək insani hissləri ifadə olunurdu. Şagirdlərdən Əliyeva Zeynəbin, Vəli Zeynəbin, Mahmudzadə Aylinin, Ələkbərli Ömərin, Əhmədov Elgünün, Rəcəbli İlahənin, Hüseynli Aminin, Abdullayev Məhəmmədin, Bəndiyev İsmayılın, Əlili Rübabənin, Babazadə Aysunun kompozisiya şəklində hazırladığı çıxış qonaqlar tərəfindən diqqət və rəğbətlə qarşılandı.Xəlilova Gülşənin milli azlıqları təmsil edən “Qaraçı”rəqsi alqışlarla müşayət olundu. Milli musiqi yaddaşımızdan boy göstərən “Yallı” sonluqda birliyin, həmrəyliyin, igidliyin, ərənliyin təcəssümü kimi yadda qaldı.“Yallı”nın əzəmətli sədaları altında səhnəyə gətirilərək dalğalandırılan bayraq, bu görüntüləri görən hər kəsə duyğulu anlar yaşatdı.Tədbirin sonunda söz məktəbin direktoru A.Əzizovaya verildi.Aygün xanım çıxışına böyük rəhbərə hörmət və ehtiramla başladı. Natiq qeyd etdi ki, H.Əliyev kimi dahilərin doğum tarixi mövcuddur, ölüm tarixi yox. Çünki H.Əliyev kimi şəxsiyyətlər ölümsüzlüyün fövqündə dayanan insanlardır. Aygün xanımın çıxışında H.Əliyevin şəxsiyyətinin Azərbaycanın müstəqilliyi, suverenliyi, bütövlüyü yolunda əvəzsiz xidmətləri olduğu vurğulandı.Çıxışı zamanı direktor H.Əliyevin müdrik insan kimi sadəliyinin canlı şahidi olduğunu qeyd etdi. Bu uğurlu görüşün Aygün xanımın iş həyatında böyük dönüş olduğundan söhbət açdı.Direktor tədbirin təşkilatçıları Ə.Gülarə müəllim, musiqi müəllimi M.Gülarə xanıma və valideynlərə ərsəyə gətirdikləri möhtəşəm tədbirə görə təşəkkürünü bildirdi.Valideynlər adından Zöhrə xanım məktəbin rəhbəri Aygün xanıma şagirdlərin vətəndaşlıq tərbiyəsi yolunda gördüyü diqqətə layiq işlərə görə minnətdarlığını bildirdi.Tədbir başa çatır, lakin hər kəsin gözlərində böyük bir həqiqətə parlaq əminliyin ifadəsi oxunur. Nə qədərki Azərbaycan var H.Əliyev də var, nə qədərki H.Əliyev var, onun işıqlı yolunu davam edəcək layiqli nəsillər yetişəcək.