Rüstəmova Samirə xanımın "Açıq dərs"i

Məktəbin riyaziyyat müəllimi Rüstəmova Samirə IXc sinfində "Həndəsi silsilənin ilk "n" həddini cəmi düsturu" adlı mövzuda "Açıq dərs" keçmişdir. Dərs günün tələbləri səviyyəsində - kurikulum qaydalarına uyğun şəkildə qurulmuşdu. Motivasiya, tədqiqatın aparılması gözəl musiqinin sədaları altında daha maraqlı və cəlbedici idi."Şahdağ", "Səngəzur", "Talışdağ", "Murovdağ" adlı qruplarda birləşən şagirdlər tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışdılar.İşçi vərəqlərlə, kürəciklərlə maraqlı oyun təşkil edildi. Coğrafiya, biologiya, riyaziyyat fənnlərinin inteqrasiyası uğurlu və yaddaqalan idi. Sonda qiymətləndirmə bölümündə qruplar verdikləri cavablara uyğun olaraq müəllim tərəfindən qiymətləndirildi. Ev tapşırığı olaraq, hər şagirdə öz ailə şəcərəsinə uyğun təqdimat hazırlamaq tapşırıldı.Müşahidəçi müəllimlərdən Y.Nigar, Q.Rəşad, müavinlər S.Leyla, N.Ülviyyə, M.Təranə, psixoloq T.Nübar dərsin gedişindən razı qaldıqlarını bildirmişlər. Direktor A.Əzizova dərs barədə rəycə təkliflərini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi