Dünyadan məktəbimizə ilk bürünc medal

27 aprel-1 may 2017-ci il tarixində Ruminiyanın Buxarest şəhərində “İnfomatrix 2017 Dünya" olimpiadasının final mərhələsi keçirilmişdir. İnfomatrix dünyanın ən yaxşı İT şagirdlərini bir yerə toplayaraq beynəlxalq kompüter yarışmasını təşkil edən proyektdir. Yarışma təkcə profesional mükəmməlliyi inkişaf etdirmək üçün deyil, həmçinin müxtəlif ölkələrdən tələbə və müəllimləri cəlb edərək, beynəlxalq dialoqun və əməkdaşlığın yüksəlməsinə xidmət edir. Beynəlxalq dərəcəli olimpiadada dünyanın 56 ölkəsindən gəlmiş nümayəndələr iştirak edir. Layihədə "5" - Proqramming (proqramlaşdırma), Computer ART (kompyuter incəsənəti), Roboties (robotlaşma), Hardvare Control (proqram təminatı), Short Movie (qısametrajlı film) nominasiyalar üzrə mükafatlandırma mövcuddur. “Short Movie” nominasiyası üzrə “Familyʼs drama” filmi ilə iştirak edən Cavad Cəbrayılov, Xanım Zeynalova və onları yarışa hazırlayan məktəbimizin informatika müəllimi Natəvan Feyzullayeva bürünc medala layiq görülmüşlər. Daha böyük, daha uğurlu nəticələr ümidilə şagirdlərimizə uğurlar arzulayırıq.