⁠⁠⁠251-qaliblər sırasında

“Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin aprel ayı üzrə qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin aprel ayı üzrə qalibləri bəlli olub. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması baxımından müsbət əhəmiyyəti nəzərə alınaraq, Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Belə ki, Nəsimi rayonu üzrə 151, Səbail rayonu üzrə 91, Yasamal rayonu üzrə 20, Nərimanov rayonu üzrə 57, Suraxanı rayonu üzrə 232, Sabunçu rayonu üzrə 148, Xəzər rayonu üzrə 230, Nizami rayonu üzrə 251, Pirallahı rayonu üzrə 186, Binəqədi rayonu üzrə 144, Xətai rayonu üzrə 191, Qaradağ rayonu üzrə 294 nömrəli tam orta məktəblər “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olub.Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uyğun tərtib olunması əsas meyarlardandır.Müsabiqənin aprel ayı üzrə qalibi olan məktəblərin kollektivlərini təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi