“Gəlin, birgə oxuyaq”

Hələ vaxtı ilə böyük rus yazıçısı M. Qorki yazırdı: “Məndə olan bütün gözəl xüsusiyyətlərə görə kitablara borcluyam.”“Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir” – deyən M. Ə. Sabirin fikirləri kitabların dünənimizi bu günümüzə, bu günümüzü sabahımıza bağlayan vasitə olduğunu sübut edir. Təsadüfi deyildir ki, bir işğalçı fəth etdiyi ölkənin kitabxanalarını talan edir, qiymətli kitab və əlyazmaları qənimət kimi aparırdı. Elə bu talanların nəticəsində xalqımızın ən qiymətli, mənəvi sərvəti olan onlarca kitablar dünya kitabxanalarını, müzeylərini bəzəyir. Hər bir işğalçı bilirdi ki, bir xalqı özünə tabe etmək üçün onun yaddaşını, mənəviyyatını silmək lazımdır. Millətin mənəvi sərvəti, yaddaşı isə kitabxanalarda hifs olunur. Mütaliəsiz, biliksiz bir xalqın gələcəyi isə qaranlığa, ölümə məhkumdur.Kitabın, mütaliənin rolunu yüksəltməkdən ötrü bir sıra tədbirlər görülür, bir çox layihələr həyata keçirilir. Belə tədbirlərdən biri də aprelin 29-da H. Əliyev mərkəzinin parkında “Gəlin, birgə oxuyaq” şüarı altında “Oxu günü” tədbiri keçirilmişdir. Tədbir iştirakçıları arasında məktəbimizin təmsilçiləri direktor Aygün Əzizova, müavin E. Ələndərova, müəllimlərdən B. Fəxriyyə, M. Təranə, G. Şəhla, S. Günel və ibtidai sinif şagirdləri də var idi.Görkəmli oftalmoloq, alim Z. Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kitab sərgisində sərgilənən kitablardan nümunələr tədbirə iştirakçılarımızın hədiyyəsi oldu. Ağ xalatlı, kiçik yaşlı məktəblilər böyük alimə həsr olunmuş mahnı və şeirlərlə çıxış etdilər. Məktəbin şagirdlərindən Orucova Banu - Zərifə Əliyeva - göz həkimi obrazında, İsmayılova Ləman - Z.Əliyeva rəssam obrazında, Abdullayeva Leyla - Z.Əliyeva ailə başçısı obrazında - böyük alimin yüksək insani keyfiyyətlərini təcəssüm etdirməyə çalışdı.Cəfərli Əzizəni Zərifə xanım Əliyeva haqqında söylədiyi şeir dinləyənlərdə xoş təəssürat oyatdı. Fərəcov Yusifin ifa etdiyi kitab personajı iştirakçılarımızın yadda qalan çıxışlarından idi. Məmmədzadə İsmayılın Zəlimxan Yaqub obrazında söylədiyi şeir bizləri xalqımızın Zəlimxanlı günlərinə qayıtdı. Səfərov Cəbrayılın - "Küçələrə su səpmişəm" mahnısının ifası - Heydər Əliyev obrazında bir daha bu böyük şəxsiyyətin necə duyğulu insan olduğunu ifadəsinə çevrildi.Tədbir başa çatsa da, “Gəlin birgə oxuyaq” şüarı iştirakçıların yaddaşında dərin izlər buraxdı.Mavi göylərin ənginliklərini, okean və dənizlərin ən dərin qatlarını, bizi əhatə edən bütün maddi və mənəvi aləmi dərk etmək üçün gəlin birgə oxuyaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi