Beynəlxalq İKT qızlar günü

Aprelin 28-da İREX təşkilatının dəstəyi ilə Beynəlxalq İKT qızlar günü adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Angela Nicoara açdı. O, bildirdi ki, artıq bir neçə ildir ki, dünyada aprel ayının son günləri İKT qızlar günü kimi qeyd olunur. Həmin günlər qızlar bir araya gəlir İKT, onun perspektivləri və bu sahədəki karyera imkanları haqqında məlumatlandırılır. Bundan başqa bu tip tədbirlərin əsas mahiyyəti qızları, qadınları informasiya texnologiyalarının onların güclənməsində bir alət olduğu barədə məlumatlandırmaq, eyni zamanda bu sahədə karyera qurmağın həm çətin, həm də maraqlı olduğunu başa salmaqdır. Təəssüf ki, bu gün cəmiyyətdə tipik qadın və kişi peşələri deyə bir ayrı seçkilik var, bizim məqsədimiz bu standartları aradan qaldırmaqdır. Məhz bu gün qızlara İKT sahəsində karyera qurmaq imkanı barədə düşünməyə imkan yaradır".Rabitə və informasiya Nazirliyinin dövlət müəsisələrnin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini Novruz Məmmədov bu gün münasibətilə bütün qadınları təbrik etdi. O bildirdi ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində İKT sahəsində çalışanların əsas hissəsi qadınlardır. "Ölkəmizdə də bu sahədə çalışan qadınların sayı heç də az deyil, xüsusən son dövrlərdə rəqəm bir az da artıb. Ümumiyyətlə isə, İKT sahəsində çalışanların demək olar ki, 50%-i qadınlardır.İREX-in Azərbaycanda Yeni Media layihəsinin rəhbər müavini Ələsgər Məmmədli artıq dünyada 5-6 ildir ki, bu günün qızların İKT-də iştirakına dair beynəlxalq gün kimi qeyd olunduğunu bildirdi. "İREX təşkilatı olaraq bu tədbiri keçirməklə biz də həm media, həm cəmiyyətin bu sahəyə marağını artırmaq istəyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi