Z.Əliyevanın anadan olmasının 94 – cü ildönümü ilə əlaqədar məktəbdə tədbir

Görkəmli Akademik Z.Əliyevanın anadan olmasının 94 – cü ildönümü ilə əlaqədar məktəbdə keçirilən silsilə tədbirlərə 27.04.2017 – ci il tarixində yeni bir mərasim əlavə olundu.Tədbir ibtidai sinif müəllimləri B.Fəxriyyə (2d), M.Təranə (2a), Nağıyeva Yeganə (2c), Ə.Məlahət (3a) xanımın rəhbərlik etdiyi siniflər arasında hazırlanmışdır. Himn səslənməsi ilə başlanan tədbirdə sinifllər ardıcıllıqla çıxış etməyə başladılar. Böyük insan, qayğıkeş həkim Z.Əliyeva haqqında şagirdlərin dilindən söylənən şeir və mahnılar tədbiri daha baxımlı və yaddaqalan edirdi. B.Fəxriyyə xanımın şagirdlərinin həkim – xəstə dialogu adlanan səhnəciyi hər kəsin marağına səbəb oldu.M.Təranə müəllimin (2a) sinif şagirdlərinin mütaliəyə aid viktorinası, çıxışları diqqətə layiq idi. N.Yeganə müəllimin yetirmələrinin söylədiyi şeirlərin qəhrəmanı olan Zərifə xanım gözlərimiz önündə insanlıq və gözəllik mücəssiməsi tək canlandı.Ə.Məlahət xanımın şagirdlərinin hazırladığı real həyat hadisələrinə əsaslanan səhnəcik hamıya duyğulu anlar yaşatdı.Uzaq əyalət kəndindən gələn xəstə anaya Zərifə xanımın diqqət və qayğısını əks etdirən bu səhnəcik hətta onu insan kimi tanımayanlarda belə bu gözəl həkim, ana haqqında gözəl təəssürat yaratdı. Tədbirdə M.Maqomayevin dünya şöhrətli “Azərbaycan”, S.Rüstəmovun “Həkim qız” mahnısı şagirdlərin ifasında xor şəklində səsləndi. Anım tədbirinin sonunda məktəbin direktoru Aygün Əzizova tədbiri hazırlayan B.Fəxriyyə, Ə.Məlahət, N.Yeganə, M.Təranə xanıma öz təşəkkürünü bildirərək, Z.Əliyevanın gözəl övlad, qayğıkeş həkim, həyatını işinə, elmə və ailəsinə həsr edən böyük insan kimi səciyyələndirdi. Mərasimin sonunda Aygün xanımın ağ xalatlı şagirdlərə hansınız həkim olmaq istərdiniz? sualına qalxan kiçik əllər keçirilən tədbirlərin yeniyetmələrin gələcək sənət seçimində necə böyük rol oynadığının bariz nümunəsinə çevrildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi