Nağıyeva Yeganə xanımın "Açıq dərs"i oldu

26.04.2017 tarixində Nağıyeva Yeganə müəllimin "Açıq dərs"i keçirildi. Dərsdə məktəbin direktoru Aygün xanım Əliyeva, müavinlərdən T.Leyla, R.Elmira, N.Ülviyyə, psixoloq T.Nübar, ibtidai sinif müəllimlərdən M.Təranə, Ə.Məlahət iştirak edirdi. Dərsin mövzusu: Təqvim: il, ay, həftə, gün, saat idi. Məqsəd:1. Ayları adlandırmaq və sırasını demək2. Bir ayın 30 və 31 gün, fevral ayının isə 28 və ya 29 gün olduğunu bildirmək3. Həftənin günlərini adları və sırası ilə öyrətmək4. Hadisələrin ardıcıllığını təqvimdə göstərə bilməkMüəllim dərsə başlayarkən şagirdləri 4 qrupa böldü. Qruplarda birləşən şagirdlər verilən tapşırıqlara aydın və dolğun cavablar verdilər. Göstərilən slaydlarda mövzu geniş əhatə olunmuşdu. Şagirdlərə əllərimizlə ayların neçə gündən ibarət olduğunu saymağı öyrətdi. Dərsdə iştirak edən müşahidəçi müəllimlər keçirilən dərslə bağlı təklif və iradlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi