"Prove ur truth" Haqlı olduğunu sübut et

Əsas məqsəd: mövzu haqqında düşünmək və qavramaq. Əsəri yalnız oxumaq kifayət deyil, orda olan hər bir incəliyə, detala fikir vermək və nəticə çıxartmaqdır.Haqlı olduğunu sübut etmək lazımdır. məs: bu məntiq akt zalın səhnəsində canlandırılmışdır. Tədbir əsnasında fauna və floradan, müxtəlif ölkə və qitələr haqqında məlumat verilir. Şagirdlərin bütün çıxışları ancaq ingilis dilində səslənir və uşaqlar biliklərini nümayiş elədilər. Ayrı - ayrı formatda səhnəciklər, kliplər, təqdimatlar, video - roliklər, slaydlar, mahnılar ifa edilmişdir. Bütün səhnəciklərin müəllifi Yusifova Nigar müəllimdir. Valideynlər də tədbirdən kənarda qalmadılar. Şou çox şən və rəngarəng keçdi. Başda məktəbin direktoru Aygün xanım Əzizova olmaqla bütün qonaqlar, müavinlər, ingilis dili müəllimi Pərvanə xanım xoş hisslər yaşadılar və razı qaldılar. Zalda iştirak edənlər xüsusi olaraq qeyd elədilər : "Biz əla bir ingilis teatr tamaşasında iştirak etdik və həmişə belə aktiv, kreativ olmağı arzu edirik"