Biologiya müəllimi S.Günel və fizika müəllimi Ə.Elmira 8ç sinfində (rus bölməsi) “Açıq dərs” keçmişdir

20.04.2017 – ci ildə məktəbin biologiya müəllimi Səfərova Günel və fizika müəllimi Əlləzova Elmira 8ç sinfində (rus bölməsi) “Açıq dərs” keçmişdir.Dərsin mövzusu: “Gözün quruluşu, biz necə görürük? Gözün gigiyenası” adlanırdı. Dərs kurikulumun tələbləri səviyyəsində qurulmuşdu. İnnovativ üsullardan istifadə həm fiziki, həm bioloji təcrübələr dərsin daha yaddaqalan cəhətləri idi. “Oftalmoloqlar”, “Optiklər”, “Kristal”, “Zenitsa oka” adlı qruplarda bölünən şagirdlər verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirdilər. “Açıq dərs”də bütün qruplar üzrə yüksək şagird fəallığı hiss olunmaqda idi.Dərsdə müşahidəçi kimi məktəbin direktoru Ə.Aygün xanım, bilogiya müəllimlərindən: C.Afət, Y. Gülmirə, fizika müəllimi H.Telli, kimya müəllimi Y.Esmira, qonaqlardan İ.Gülnar, Q.Laura iştirak edirdi. “Açıq dərs” bütün qrupların yüksək qiymətləndirilməsi ilə başa çatdı. Keçirilən dərsin nəticəsindən razı qalan müşahidəçilər müəllimlərə uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi