Texnologiya fənnindən "Açıq dərs" oldu

20.04.2017 - ci il tarixində məktəbin texnologiya müəllimi Musayeva Bağdad VI c sinfində “Açıq dərs” keçmişdir. Dərsin mövzusu: “Tikiş maşınının işə hazırlanması”adlanırdı. Əvvəlcə şagirdlərə müəllim tərəfindən parçaların növləri və onların hazırlandığı xammalın əmələ gəlməsi, hazır xammalın emalı texnologiyası barədə məlumat verildi.Şagirdlər təbii parçalar qrupuna aid edilən ipək, pambıq, kətan, yun parçaların istifadəsinin insan sağlamlığındakı rolundan bəhs edildi.Parçaların əvvəlcə rəngsiz olduğu, daha sonra isə hazırlanaraq məmulatın təyinatına görə rəngləndiyi vurğulandı.Bağdad müəllim tikiş maşınları, onların növləri və hissələri barədə məlumat verdi.Müəllim tikiş maşınlarının aşağıdakı növləri olduğunu bildirdi. Əl inteqral, Ayaq inteqral, elektrik inteqral.Şagirdlər maşınların adları ilə adlanan qruplarda verilən tapşırıqların öhdəsindən məharətlə gəldilər.Müəllim elektriklə işləyən maşınların daha tez və keyfiyyətli iş gördüyünü söylədi.Müəllim tərəfindən tikiş zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi şagirdlərin diqqətinə çatdırıldı.Müşahidəçi müəllimlər, direktor müavini: N.Ülviyyə, B.Mətanət, Ə.İntizar, X.Eldar dərsdən ümumilikdə razı qaldıqlarını, rəy və təkliflərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi