Kimya müəllimi Yolçuyeva Esmira “Açıq dərs” keçmişdir

19.04.2017 – ci il tarixində 251 saylı tam orta məktəbin 7c sinfində (rus bölməsi) kimya müəllimi Yolçuyeva Esmira “Açıq dərs” vermişdir. "Açıq dərs"də məktəbin direktoru Aygün xanım Əzizova, müavin S.Leyla, rus dili müəllimləri C.Rəsulova, F.Qəhrəmanova, texnologiya müəllimləri İ.Əliyeva, B.Musayeva, fizika müəllimi C.Əlizadə xanım müşahidəçi kimi iştirak etmişdilər. Dərsin mövzusu “Su, onun təbiətdə yayılması, təmizlənməsi, xassələri və tətbiqi” adlanırdı. Müəllim şagirdlərə su haqqında geniş məlumatlandırdı. Dərsdə şagirdləri maraqlandıracaq mövzu ətrafında danışıldı. Şagirdlər verilən suallara aydın cavab verirdilər. Daha sonra sinif “Kapelka”, “Rosinka” və “Ldinka” adı altında qruplara bölündü. Qruplara ayrı – ayrılıqda tapşırıqlar verildi və yerinə yetirildi, təcrübələr keçirildi. Dərs əsnasında şagirdlər su haqqında öz təqdimatlarını hazırlayıb, sinfə təqdim etdilər. Y.Esmira müəllimə dərsin sonunda istədiyi məqsədə çatdı.Dərs boyu yüksək müəllim peşəkarlığı, öyrətmək yanğısı ilə şagirdlərinə kimya elmini sevdirən və onun incəliklərini çatdırmağa çalışan Esmira müəllimin pedaqoji ustalığı onu dinləyən hər kəsdə heyranlıq doğururdu.“Açıq dərsi” müşahidə edənlər dərsdən razı qaldıqlarını bildirərək, Esmira müəllim və şagirdlərinə uğurlar arzuladılar.