M.Pərvanə müəllimin "Açıq dərs"i oldu

19.04.2017 – ci il tarixində 251 saylı tam orta məktəbin 6c sinfində ingilis dili müəllimi Məmmədova Pərvanə “Açıq dərs” vermişdir. "Açıq dərs"də məktəbin direktoru Aygün xanım Əzizova, müavin Nuriyeva Ülviyyə, ingilis dili müəllimləri S.Həsənova, N.Yusifova, T.Mansurova xanım müşahidəçi kimi iştirak etmişdilər. Dərsin mövzusu “Do you know planets?” adlanırdı. Müəllim şagirdləri planetlər haqqında geniş məlumatlandırdı. Dərsdə şagirdləri maraqlandıracaq mövzu ətrafında danışıldı. Şagirdlər verilən suallara aydın cavab verirdilər. Daha sonra sinif “Earth”, “Mars”, “Saturn” adı altında qruplara bölündü. Qruplara ayrı – ayrılıqda tapşırıqlar verildi və yerinə yetirildi. Dərs əsnasında şagirdlər planetləri tanıdılar, müqayisə edə bildilər və planetlər haqqında öz təqdimatlarını hazırlayıb, sinfə təqdim etdilər. M.Pərvanə müəllimə dərsin sonunda istədiyi məqsədə çatdı. “Açıq dərs”i müşahidə edən məktəbin direktoru və fənn müəllimləri dərsdən razı qaldıqlarını bildirdilər və uğurlar arzuladılar.