7a sinfində məktəbin texnologiya müəllimi Xudaverdiyev Eldar "Açıq dərs" keçmişdir

18.04.2017 - ci il tarixində 7a sinfində məktəbin texnologiya müəllimi Xudaverdiyev Eldar "Açıq dərs" keçmişdir. Dərsin mövzusu: "Quş ətinin mexaniki emalı" adlanırdı. Şagirdlərə dərsdə quş ətinin emal mərhələləri aşılandı.İnqubasiya dövründən başlayaraq quş ətinin mətbəximizə qədər keçdiyi mərhələlər şagirdlərə slayd şəklində göstərildi.Praktik olaraq toyuğun qurudulması, ütülməsi, doğranması şagirdlərə izah edildi (əyani olaraq).Quş ətinin dəyərli və pəhriz yeməyi olduğu vurğulandı. "Qızlar" və "Oğlanlar" adlanan qruplar müzakirələrdə fəal iştirak etdilər. "Qızlar" qrupu tapşırıqların yerinə yetirilməsi zamanı öz işgüzarlıqları ilə seçilirdilər.Dərsin məqsədi: Quş ətinin emalı ilə bağlı şagirdllərə məlumat vermək idi. Şagirdllər mövzunun araşdırılmasında fəal iştirak etdilər.Qiymətləndirmə mərhələsində şagirdlərin mövzunu yüksək səviyyədə mənimsədiyi aşkarlandı və qiymətləndirildi. "Açıq dərs" də direktor Aygün xanım Əzizova, texnologiya müəllimləri M.Bağdad, Ə.İntizar iştirak edirdilər.Sonda dərsi müşahidə edən müəllimlər ümumən razılıqlarını bildirməklə yanaşı, təklif və iradlarını da bildirdilər.