Almazova Vəfa müəllimin "Açıq dərs"i oldu

17.04.2017 – ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Almazova Vəfanın həm sinif rəhbəri, həm də fənn müəllimi kimi fəaliyyət göstərdiyi 7b sinfində Azərbaycan dili fənnindən “Açıq dərs” keçirilmişdir.Sinif otağının tərtibatı içəri daxil olan hər kəsdə uğurlu bir dərsin baş tutacağı barədə təəssürat yaradırdı.Diqqəti cəlb edən yüksək səviyyədə səliqə - səhman, müəllimin ovqatından, şagirdlərin geyimindən tutmuş hər şey gözəl nəticədən xəbər verirdi. Dərs başlanır, lövhədə işıqlandırılan ulu öndərimiz H.Əliyevin müdrik kəlamları hamının diqqətini bir nöqtəyə cəmləyir.Dərsin mövzusu “Bağlayıcı, ədat yoxsa şəkilçi” adlanırdı. Müəllim şagirdlərə göstərilən nümunələrdə mövzuyla bağlı suallar verir. Şagirdlər verilən suallara aydın, səlis cavablar verərək, fikirlərini əsaslandırırlar.Daha sonra “Torpaq”, “Səma”, “Günəş”, “Od” adı altında qruplara ayrılan şagirdlər müəllimin verdiyi tapşırığa cavab hazırladılar. Dərsin diqqətəlayiq cəhətlərindən biri də müəllimin verdiyi tapşırıqların bədii əsərlərdən, müdrik kəlamlardan seçilmiş nümunələr olması idi. Şagirdlər mövzunu fərdi iş şəklində lövhədə işlədilər.Dərs yüksək müəllim peşəkarlığı və şagird hazır cavablığı ilə müşayət olundu. Dərsin sonunda müəllim qiymətləndirmə mərhələsində bütün qrupları yüksək qiymətləndirdi.Vəfa müəllim dərsin məqsədinin köməkçi nitq hissələrinin omonimliyini müəyyənləşdirmək olduğunu söylədi.Ev tapşırığı olaraq şagirdlərə "Aprel döyüşləri" barədə inşa yazmaq tapşırıldı.“Açıq dərs”i müşahidə edən məktəbin direktoru Ə.Aygün xanım, müavin N.Ülviyyə, fənn müəllimləri B.Gülnarə, S.Lətifə, M.Təranənin dərsdən razı qaldıqlarını bildirərək, Vəfa müəllim şərəfli və çətin işində uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi