Azərbaycan dili və ədəbiyyatı fənnindən "Açıq dərs" oldu

10.04.2017 – ci il tarixində 251 saylı tam orta məktəbin 5c sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehdiyeva Təranə xanım “Açıq dərs” keçmişdir. "Açıq dərs"də məktəbin direktoru Aygün xanım Əzizova, dərs hissə müdiri Sadıqova Leyla, Azərbaycan dili və ədəbiyyatı müəllimləri B.Gülnarə, Ə.Aidə, Q.Məftunə, S.Lətifə xanım müşahidəçi kimi iştirak etmişdilər.Dərsin mövzusu: “Mürəkkəb sifətlərin və onların yazılışı” adlanırdı. Müəllim Mehdiyeva Təranə metodika və iş təcrübəsindən çıxış edərək hamıda xüsusi maraq oyatdı. O, “Mürəkkəb sifətlərin yazılış, onların necə yaranması haqqında şagirdlərinə geniş məlumat verdi. Şagirdləri dərsin adına uyğun olaraq qruplara bölmüşdü: “Hazırcavablar” qrupu, “Diribaşlar” qrupu, “Dərindüşüncəlilər”qrupu, “Gözüaçıqlar” qrupu.Mehdiyeva Təranə fənlərarası inteqrasiya üsulundan məharətlə istifadə edərək qruplara tapşırıqlar verdi. Məsələn, şagirdlər mürəkkəb sifətlərə aid ədəbiyyat fənnindən atalar sözləri, tapmacalar, bayatılar, sayaçı sözləri, holavarlar söylədilər. Şagirdlər həmin misalları söylərkən mürəkkəb sifətlərin necə yaranmasını, necə yazılmasını bacarıqla söylədilər. Sinifdəki 25 şagirdin hamısı çox fəal idi. Müəllim motivasiya və nəticəni elə mükəmməl qurmuşdu ki, şagirdlərin ibtidai sinifdə öyrəndikləri biliklər bir daha sistemə salındı.Sonda məktəbin direktoru və müşahidəçilərin gəldiyi son nəticəyə görə dərsdə qarşıya qoyulan məqsədə nail olundu. Müəllim mövzunu şagirdlərə tam mənimsədə bildi. Dərsdə iştirak edən məktəb rəhbərliyi, müəllimlər dərsi geniş müzakirə etdilər və bəyəndilər.