Ənənəvi səhər toplantısı

17.04.2017 - ci il tarixində məktəbin foyesində növbəti səhər toplantısı keçirilmişdir. Toplantının əvvəlində məktəbin direktoru Ə.Aygün xanım şagirdləri salamlayaraq, ötən həftənin yekunları barədə məlumat vermişdir. Daha sonra qazanılan nailiyyətlərdən söhbət açılmışdır. Ümummilli lider H.Əliyevin anadan olmasının 94 - cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi oyunlarına dəstək məqsədilə Nizami rayonu İcra Hakimiyyəti və Yeni Azərbacan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən şahmat üzrə yarışmada məktəbimizin aşağıda adları qeyd olunan şagirdləri Alxaslı Kamran, Qayıbov David, Qurbanov Taleh, Qurbanov Ülvi uğurlu nəticə göstərdikləri üçün III yerə çıxaraq diplomla mükafatlandırılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi