"XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Aprel ayının 8-də “XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində keçirilən XXI ƏSRİN MÜƏLLİMLƏRİNİN BİRİNCİ - “XXI-ci əsrdə tədris: inteqrasiya, innovasiya və motivasiya” KONFRANSI keçirilib.Bu ilki konfransın məqsədi ölkəmizdə və onun hüdudlarından kənarda olan təhsil müəsissələri arasında körpülər qurmağa, bilik və təcrübələri bölüşməyə, tədris üsullarının inkişafına və gücləndirilməsinə yönəlmişdir.Konfrans rəsmi olaraq üç dildə: azərbaycan, rus və ingilis dillərində aparılıb. Xarici dillərin öyrənilməsində müasir tendensiyaları nəzərə alaraq, konfransda hər hansı bir dilin ikinci dil kimi öyrənilməsi (və digər bölmələrdə azərbaycan dilinin tədrisi) məsələlərinə diqqət ayrılmışdı. İkinci dil olaraq bura rus, ingilis, fransız, alman, italyan, ispan və digər dillər aid idi.Konfransda reqistrasiya olunan hər bir kəs təqdimatçı və ya müşahidəçi qismində iştirak etdi. Bizim məktəbin direktoru Aygün xanım və müəllimlərdən: Muxtarova Təranə, Yusifli Nigar, Səfərova Günel, Hacıyeva Gülnarə, Mehdiyeva Təranə, Rüstəmova Samirə bu konfrasda iştirak etmişdilər. Konfrasın sonunda hamı sertifikatla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi