10b sinfində "Açıq dərs" keçirildi

10.04.2017 – ci il tarixində 10b sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Nuridə xanım “Açıq dərs” keçmişdir. Keçmiş mövzusu: “Seyid Əzim Şirvaninin satiraları”, yeni dərs: “Aşıq Ələsgərin həyatı”Müşahidəçi müəllimlərdən direktor Ə.Aygün xanım, M.Təranə, müavin S.Leyla, B.Gülnarə xanım iştirak edirdilər. Müəllimə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Onun aşıq poeziyasına gətirdiyi yeniliklərdən, hətta aşıq poeziyası və onun inkişafı, yaradıcı və yaşadıcı aşıqlar haqqında məlumat verdi. Dərsə aid sual – cavabda Qurbanova İnci, Ömərli Aytac, Süleymanova Solmaz, Mirzəzadə Alsu və başqaları fəal iştirak etdilər. Dərsin sonunda direktor Aygün xanım və digər müşahidəçilər öz fikir və mülahizələrini bildirdilər.