7ç sinfində Yusifli Nigarın "Açıq dərs"i oldu

12.04.2017 – ci il tarixində məktəbin 7ç sinfində (rus bölməsi) ingilis dili müəllimi Yusifova Nigar xanım “Açıq dərs” keçmişdir. Dərsdə məktəbin direktoru Aygün xanım Əzizova, müavin S. Leyla, ingilis dili müəllimləri H.Sevinc, Ə.Pərvanə xanım müşahidəçi kimi iştirak edirdilər. Dərsin mövzusu: “Ətraf mühit” adlanırdı. Dərs prosesində internet resurslarından geniş istifadə olundu. Səsli – səssiz videolar şagirdlərdə xüsusi maraq oyatdı. Müəllim ətraf mühitin qorunması və onun əhəmiyyəti barədə şagirdlərə məlumat verdi. Kostyumlarla göstərilən səhnəcik dərsin diqqətəlayiq məqamlarından idi. Tullantıların ətraf mühitdən toplanması və çeşidlənməsi prosesinin təbiətə nə kimi xeyir verdiyi barədə söhbət açıldı. Şagirdlərə ünvanlanmış “Beyin həmləsi (мозговая атака)” oyunu uğurlu alındı. Dərsin bu mərhələsində müşahidəçi müəllimlərdə öz fikirlərini bildirdi.Sonda məktəbin direktoru və müşahidəçilərin gəldiyi son nəticəyə görə dərsdə qarşıya qoyulan nəticəyə nail olunduğu bildirildi.