Bu gün coğrafiya fənnindən "Açıq dərs" keçirildi

13.04.2017 – ci il tarixində məktəbin coğrafiya müəllimi Gözəlbəyli Şəhla Surxay qızı 7ç (rus bölməsi) sinfində "Açıq dərs" keçirmişdi. Dərsi məktəbin direktoru Aygün xanım Əzizova, direktor müavini S.Leyla, coğrafiya müəllimləri Əhmədova L., Rəhimova G., riyaziyat müəllimləri Quliyeva G. və Tağıyeva M., kimya müəllimi Yolçuyeva E. dinləmişdilər. Dərsin mövzusu “В каком регионе мы живем” adlanır. Dərs prosesində internet resurslarından geniş istifadə olunmuşdur. Müəllim tərəfindən mövzuya aid motivasiya verildi və slaydlar göstərildi, uşaqlar qruplara bölünmüşdülər, hər qrupa tapşırıqlar verildi. Hər bir qrup onlara verilən region haqqından məlumat yığıb bir – birinə informasiya çatdırdılar. Dərs zamanı dünyanın fiziki xəritəsindən, atlasdan istifadə olunmuşdu. Dərsin məqsədinə uğurla nail olunmuşdur. Dərsdən sonra direktor Aygün xanım Əzizova və digər müşahidəçi müəllimlər təklif və iradlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi