Fiziki tərbiyə fənnindən "Açıq dərs"lər oldu

12/13.04.2017 – ci il tarixində məktəbin fiziki tərbiyə müəllimləri A.İsa və H.Elvir müəllim “Açıq dərs” keçmişdir.İsa müəllimin mövzusu: “Çeviklik qabiliyyətinin təkmilləşdirilməsi”, Elvir müəllimin mövzusu: “Voleybolun hissələri” idi.Dərsin əvvəlində şagirdlər sıraya düzülərək, hazırlıq hərəkətləri etdilər. Daha sonra voleybol oyunu və onun qaydaları haqqında məlumat verən müəllimlər şagirdlər arasında “Voleybol” oyununa start verdilər.Şagirdlər öz fiziki hazırlıqlarını və çevikliklərini nümayiş etdirdilər. Dərsi direktor Ə.Aygün xanım, müavin L.Leyla, psixoloq T.Nübar, fiziki tərbiyə müəllimi N.Leyla xanım müşahidə edirdilər. Sonda məktəbin direktoru Ə.Aygün xanım gənclərin və yeniyetmələrin fiziki hazırlığının xüsusi önəm daşıdığını vurğulayaraq dərsə olan təklif və iradlarını bildirdi.