Torpaq əgər uğrunda ölən varsa Vətəndir

10.04.2017 – ci il tarixində məktəbdə aprel döyüşləri şəhidlərinin anım toplantısı keçirilmişdir. Toplanıda müəllimlərlə birgə min nəfər şagird iştirak etmişdir.Toplantı himn səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün xanım Əzizova açmışdır. O, aprel döyüşlərindən, bu döyüşlərdə əsgərlərimizin göstərdiyi rəşadətdən söhbət açdı. Daha sonra məktəbin tarix müəllimi Ə.Rəna xalqımızın başına gətirilən bəlalardan, zorla cəlb olunduğumuz ədalətsiz, heç bir müharibə qanunlarına sığmayan düşmən vəhşiliklərindən bəhs etdi.Məktəbin fizika müəllimi Telli Həşimova xalqımızın qəhrəmanlıq ruhunun, mübarizlik duyğusunun daim yaşar olduğunu, düşmənə layiqli cavab veriləcəyi günün uzaqda olmadığını vurğuladı.Toplantıda aprel döyüşlərində ordumuzun düşməni lərzəyə salan döyüş əzmindən, qəhrəmanlıq nümunələrindən bəhs edildi.Toplantı şagirdlərin: "Yaşasın qəhrəman Milli ordumuz" nidasının sədaları ilə yekunlaşdı.Vətəninin azadlığı, istiqlalı uğrunda böyük mübariz Şeyx Şamil deyirdi: “Sonunu gözləyən qəhrəman olmaz”.Bəli öz gələcəklərini, canlarını belə düşünmədən azğın düşmənin üzərinə gedən şəhidlər ordumuzun qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdılar.Aprel şəhidləri öz müqəddəs qanlarıyla illərdən bəri murdar erməni işğalçılarının tapdağı altında inləyən torpaqlarımızı yuyaraq, onu yenidən müqəddəsliyinə qovuşdurdular, Vətən torpağı etdilər. Çünki, torpaq əgər uğrunda ölən varsa Vətəndir.