“Yaxşı nədir, pis nədir?” mövzusunda müzakirə

“Oxu Günü 3” layihəsi çərçivəsində, “Gəlin birgə oxuyaq” şüarı altında ibtidai sinif müəllimi İ.Təranə müəllimin rəhbərliyi ilə 2a sinfində “Meşə kralı” təmsilinin ətrafında “Dəyirmi Masa” təşkil olunmuşdur.Tədbirdə məktəbin direktoru A.Əzizova, müəllimlərdən M.Ofelya, Q.Sevinc, kitabxananın müdiri H.Samirə, kitabxanaçı C.Səadət iştirak ediblər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün xanım açaraq, şagirdlərə uğurlar arzuladı. Kitabxana müdiri Samirə xanım sözügedən layihə çərçivəsində görülən tədbirlərdən danışdı. Təranə müəllimə 2 aprel “Beynəlxalq uşaq kitabı günü”ndən bəhs edərək dünya uşaq ədəbiyyatından nümunələr gətirdi. Şagirdlər yaxşılıq haqqında yazılmış şeirlər, hikmətli sözlər söyləyərək tədbirə giriş etdilər. “Meşə kralı” təmsili əsasında hazırlanmış səhnəcik rəğbətlə qarşılandı. Daha sonra təmsildə qoyulan məsələlər, dostluq, paylaşmaq, fədakarlıq kimi xüsusiyyətlərdən bəhs edən şagirdlər mövzu haqqında maraqlı fikirlər bildirdilər.Otağın meşəni xatırladan tərtibatı iştirakçıları sanki, nağıllar aləminə apardı.Təranə müəllimin, kitabxana müdiri Samirə xanımın və kitabxanaçı Səadət xanımın mövzu ilə bağlı verdiyi suallara, şagirdlərin cavabları maraqlı və yadda qalan idi.İştirakçıların ifa etdiyi “Dostluq” rəqsinin sədaları altında tədbir başa çatdı. Tədbir başa çatsa da, onun təəsüratının uzun zaman unudulmayacağı şagirdlərin təbəssüm dolu simalarında hiss olunurdu. Bu təbəssümü yaradan, bizdə gözəl insani keyfiyyətləri aşılayan kitablara, mütaliəyə maraq isə bu balacaları zaman – zaman tərk etməyəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi