05.04.2017 “Şahin hərbi – idman” oyunları keçirildi

Hər il ənənəvi olaraq keçirilən “Şahin hərbi – idman” oyunları bu dəfə 05.04.2017 – ci il tarixinə təsadüf etdi.Məktəbimizi oyunda 10c (rus bölməsi) və 8b (az – bölməsi) sinif şagirdlərindən təşkil olunmuş “Şahinlər” komandası təmsil edirdi. Oyun 2 mərhələdə keçirildi. Birinci mərhələ 220-№li məktəbin stadionunda, 2-ci mərhələ isə Daxili Qoşunların N saylı hərbi hissəsində baş tutdu.Komandamızı məktəbin GÇH – müəllimi Orucov Hüseyn müəllim hazırlamışdı. Oyunda verilən bütün tapşırıqların yerinə yetirilməsində xüsusi fəallıq göstərən şagirdlərimiz, öz fiziki hazırlıqları ilə seçilirdilər.Belə hərbi idman oyunlarının keçirilməsi sabahın əsgərlərinin yetişməsində müstəsna əhəmiyyətə malikdir.