Bu gün 9c sinfində kimya fənnindən "Açıq dərs" oldu

04.04.2017 – ci il tarixində məktəbin kimya müəllimi Balayeva Mətanət müəllim 9c sinfində “Açıq dərs” keçmişdir.Dərsin mövzusu “Silisiumun təbiətdə birləşmələri” idi. Dərsdə məktəbin direktoru Aygün xanım olmaqla müşahidəçilərdən təlim – tərbiyə işləri üzrə direktor müavini Nuriyeva Ülviyyə, Z.Afət, M.Bağdad müəllim iştirak edirdi.Dərs əvvəlcə mövzudan bəhs edən video çarxın nümayişi ilə başladı. Daha sonra video çarxda bəhs edilən proseslərin izah edilməsi üçün müəllim şagirdlərə müraciət etdi.Şagirdlər qruplar halında sözügedən proseslərin elmi izahını məharətlə verdilər.Onların ayrıldığı “Gül”, “Qum”, “Sement” adlı qrupların cavabları ətraflı və əhatəli idi. Müəllimin verdiyi tapşırıqlar ətrafında verilən cavablarda şagird fəallığı diqqəti cəlb edirdi.Şagirdlər ayrı – ayrılıqda maddənin kimyəvi tərkibi və onun sənayedə, məişətdə istifadə olunmasından bəhs etdilər.Dərs iştirakçıları belə qənaətə gəldilər ki, silisium” olmasa yer kürəsində həyat, yaşayış olmaz. Mətanət müəllim dərsi qiymətləndirmə ilə yekunlaşdırdı.Sonda məktəbin direktoru Aygün xanım, müavin Ü.Nuriyeva dərsi bəyəndiklərini birdirməklə yanaşı, iradlarını da bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi