Bu gün məktəbdə Pedaqoji Şura keçirildi

01.04.2017 – ci il tarixində məktəbin akt zalında “Pedaqoji şura” iclası keçirilmişdir. İclası giriş sözü ilə məktəbin direktoru Aygün xanım Əzizova açdı. O əvvəlcə iclasın gündəliyi haqqında məlumat verdi. Daha sonra gündəlikdə olan məsələlər ayrı – ayrılıqda müzakirə olundu.Müavinlərdən Nuriyeva Ülviyyə, Sadıqova Leyla, Ələndərova Elmira, Abdullayev Mühasir elektron təqdimatlar vasitəsilə öz çıxışlarını etdilər.Məruzə ətrafında çıxış edən S.Məmmədəli müəllim davamiyyətlə, məktəbdaxili nizam – intizam qaydalarına əməl olunması ilə bağlı fikirləri ifadə olundu.Daha sonra H.Telli, Y.Nigar, Y.Esmira müəllimləri çıxış edərək təklif və tövsiyyələrini iclas iştirakçılarına çatdırdılar.Pedaqoji şurada ifadə olundu ki, növbətçilər təyin olunarkən müəllimlərin şəxsi keyfiyyətləri, işə məsuliyyətləri də nəzərə alınsın.Direktor müavini S.Leyla xanım dəsr dinləmələrlə bağlı məlumat verdi.Aprel – may – iyun ayları üçün dərs dinləmələrinin nəzərdə tutulduğunu və bu məqsədlə cədvəl tərtib edildiyi bildirmişdir.Natiq açıq dərslərdə metodbirləşmə sədrləri, fənn müəllimləri, valideynlər, direktor və müavinlərin iştirak edəcəyini vurğuladı. İclasda qeyd olundu ki, açıq dərslərin keçirilməsində məqsəd məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, təcrübəli müəllimlərin iş metodlarından bəhrələnmək, yeni tədris üsullarının öyrənilməsi yolları ilə tanış olmaq, dərsin strukturunun düzgün qurulmasıdır. Leyla xanım müəllimlərin nəzərinə çatdırdı ki, metodbirləşmə sədrinə açıq dərsin icmalı verilməlidir.Tədbirdə məktəbin digər direktor müavini E. Ələndərova ötən vaxt ərzində məktəbdə keçirilən tədbirlərdən, onları təşkil edən müəllimlərdən və qeyd ediləcək yeni tədbirlərdən geniş şəkildə məlumat verdi.Məktəb kitabxanasının müdiri Hüseynova Samirə xanım müəllimlərə bildirdi ki, dərsliklərin nömrələrinin kodlaşdırılması siyahısı kitabxanaya təqdim olunmalıdır.Təsərrüfat işləri üzrə müavin Abdullayev Mühasir müəllim hər bir otaqdan invertar materialların siyahısının asılacağını bildirdi. Nəhayət iclasın sonunda müzakirə edilən məsələlər barədə qərar qəbul edildi. Sonda məktəbin direktoru Aygün xanım çətin və şərəfli bir yola çıxdığımızı, bütün kollektivin işə məsuliyyəti və fəaliyyəti ilə bu yolu uğurla başa vuracağımıza əminliyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi