Şagird Parlamentinə Üzvlərin Seçimi ilə Bağlı Müsahibə Keçirildi

Şagird Parlamentinə Üzvlərin Seçimi ilə Bağlı Müsahibə Keçirildi
Bu gün 251 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə Şagird Parlamentinə üzvlərin seçimi məqsədilə müsahibə mərhələsi təşkil olundu. Müsahibə zamanı şagirdlərin dünyagörüşü, təşəbbüskarlıq qabiliyyəti, liderlik keyfiyyətləri və məktəbdaxili fəaliyyətlərə maraqları dəyərləndirildi.
Müsahibə komissiyasının tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Teymurova, məktəb psixoloqu Ülkər İbrahimova, təlim-tərbiyə işləri üzrə müavin Sərxan Yusifzadə və siniflərdə seçki yolu ilə namizədliyini irəli sürmüş şagirdlər daxil idi.Tədbirin məqsədi şagirdlərdə məsuliyyət hissinin formalaşdırılması, məktəb həyatında fəal iştirakın təşviq olunması və özünüidarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Seçilmiş üzvlərlə yaxın günlərdə parlamentin ilk iclası keçiriləcək və qarşıda duran fəaliyyət planları müzakirə ediləcək.