İbtidai siniflərində oxuyub-anlama üzrə fərdi inkişaf planlarının dinamikliyinə dair Monitorinq 2 keçirildi

251 saylı tam orta məktəbin ibtidai siniflərində oxuyub-anlama üzrə fərdi inkişaf planlarının dinamikliyinə dair Monitorinq 2 keçirildi

Şagirdlərin təlim nəticələrinin izlənməsi, fərdi inkişaf planlarının effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə 2, 3 və 4-cü siniflər üzrə Monitorinq 2 həyata keçirilmişdir. Monitorinq çərçivəsində şagirdlərin oxuyub-anlama bacarıqları təhlil olunmuş, həmçinin onların inkişafında fərdi yanaşmaların rolu öyrənilmişdir.Monitorinq nəticələri, müəllimlərə şagirdlərin təhsil ehtiyaclarını daha dərindən anlamağa və fərdi yanaşmaların tətbiqini daha da səmərəli qurmağa imkan yaradacaq. Eyni zamanda valideynlərlə əməkdaşlıqda konkret istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə də əhəmiyyətli məlumatlar əldə olunmuşdur.

Bu monitorinq məktəbin pedaqoji fəaliyyətində keyfiyyətin artırılmasına, eləcə də fərdi inkişaf planlarının şagirdlər üçün real nəticələr doğurmasına xidmət edir.

Leyla Teymurova

Təlim-tərbiyə işləri üzrə direktor müavini.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi