Professor Mixail Gennadieviç Medvedevin şagirdlərlə görüşü

31.03.2017 - ci il tarixində "Ada Universitetinin professoru Mixail Gennadieviç Medvedev VII - VIII - IX - X sinif şagirdləri ilə görüş keçirilmişdir. Görüşdə riyaziyyat fənninə, proqramçı peşəsinə marağı olan şagirdlər iştirak edirdilər.Hörmətli professor əvvəlcə şagirdləri salamlayaraq baş tutan görüşün məqsədini açıqladı.Dünyanın məşhur şirkətlərindən olan Microsoft, Google, Facebook, Apple, Amazon haqqında geniş və dolğun məlumat verdi.Proqramçı peşəsinin müasir dövrdə nə qədər gərəkli olduğunu vurğuladı. Cənab Medvedev sözügedən peşənin dünyanın ən varlı insanlarının peşəsi olduğunu açıqladı. Daha sonra professor şagirdlərə suallar verdi. Alınan cavablardan razı qalan alim seçilmiş şagirdlər üçün xüsusi təlim keçdi. Keçilən təlimin davamlı olacağına və bu əməkdaşlığın şagirdlərin gələcək peşə seçimində əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi