"31 mart Azərbaycanlıların Soyqırımı"

31 mart 2017 – ci il tarixində məktəbin həyətində müəllim və şagirdlərin iştirakı ilə “31 mart soyqırım” günü münasibətilə anım toplantısı keçirilmişdir.Əvvəlcə Dövlət himni səslənmiş, daha sonra soyqırım şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir. Toplantını giriş sözü ilə məktəbin direktoru Aygün xanım Əzizova açaraq, 31 mart tarixinin xalqımızın yaddaşında qanla yazılmış səhifə olduğunu və hər kəsi bu qanlı yaddaşdan nəticə çıxarmağa çağırmışdır.Məktəbin tarix müəllimləri Q.Alıxan, R. Gülnarə müəllim “31 mart qırğını” zamanı xalqımızın başına gətirilən insanlığa sığmayan vəhşiliklərdən, saxtalaşdırılmış tarixi faktlardan danışdılar. Məktəbin ədəbiyyat müəllimi, əməkdar müəllim Q. Nuridə müəllim zaman – zaman xalq, millət olaraq itirdiklərimizdən, başımıza gətirilən bəlalardan bəhs edərək, öz fikirlərini sitat gətirdiyi ədəbi nümunələrlə əsaslandırdı.Nuridə müəllimin soyqırım mövzusunda qələmə aldığı şeir VIIa sinif şagirdi İbişova Səbinənin ifasında dərin hüzn və kədərlə səsləndi. Toplantının sonunda məktəbin direktoru Aygün xanım hər kəsi bu faciələrdən nəticə çıxarmağa, böyük Azərbaycan naminə düşmənə qarşı vahid qüvvə kimi birləşməyə çağırdı.