III sinif şagirdləri arasında YÖB monitorinqi keçirildi

  

251 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdləri arasında Yüksək Öyrənmə Bacarıqları (YÖB) olan şagirdlərin müəyyən olunması məqsədilə monitorinq həyata keçirildi. Monitorinqin əsas məqsədi xüsusi istedad və bacarığa malik şagirdlərin aşkarlanması, onların potensialının üzə çıxarılması və gələcəkdə bu istiqamətdə fərdi inkişaf proqramlarının hazırlanmasıdır.

Metodbirləşmə rəhbərləri F. Babayeva, T. Muxtarova və təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Teymurovanın iştirakı ilə keçirilən monitorinqdə şagirdlərin məntiqi təfəkkürü, yaradıcı yanaşması və problem həll etmə bacarıqları əsas meyar kimi qiymətləndirildi. Monitorinq nəticələrinə əsasən, potensial YÖB kateqoriyasına daxil ola biləcək şagirdlər üzrə ilkin siyahı formalaşdırılıb.

Məktəb rəhbərliyi bu istiqamətdə işlərin davam etdiriləcəyini və seçilən şagirdlərin bacarıqlarının daha da inkişaf etdirilməsi üçün xüsusi proqramların həyata keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi