Bu gün məktəbdə "Hərəyə bir kitab" tədbiri keçirildi

29.03.2017 – ci il tarixində məktəbin Va sinfində kitabxananın təşəbbüsü, ədəbiyyat müəllimi və sinif rəhbəri Quliyeva Məftunə müəllimin təşkilatçılığı ilə “Oxu Günü 3” layihəsi çərçivəsində “Gəlin birgə oxuyaq” şüarı altında “Hərəyə bir kitab” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kitabxananın müdiri Hüseynova Samirə xanım açaraq layihə və onun məqsədləri barədə məlumat verdi.Daha sonra Məftunə müəllimə iştirakçıları və müəllimləri salamlayaraq, yetirmələrinə uğurlar arzuladı.Tədbirdə məktəbin ingilis dili müəllimi M.Pərvanə, UBR M. Ləman, psixoloq T. Nübar, kitabxana müdiri H.Samirə, kitabxanaçı C.Səadət, ədəbiyyat müəllimi Q. Məftunə müəllim iştirak edirdi.“Dəyirmi Masa” iştirakçılarından A. Suqra, Q.David, H.Asif, B.Nicat, M.Əli, Q. İsmət və başqaları öz oxuduqları və bir – birinə hədiyyə etdikləri kitablar haqqında məlumat verdilər. Hər bir şagird öz oxuduğu əsəri ideyası, mövzusu ilə əlaqədar fikirlərini bölüşdülər.Oxunan kitablar həm dünya, həm də milli ədəbiyyatımızın nümunələrini əhatə edir.Mütaliə edilmiş əsərlər siyahısında M.Rid “Başsız Atlı”, “Prometey Arqonovatlar”, C.Svit “Qulliverin səyahəti”, “Azərbaycan nağılları”, “Tarixi rəvayətlər”, J. Vernin “Kapitan Grantın uşaqları” əsərləri də yer almışdır.Şagirdlər mütaliə etdikləri əsərlərdən ibarət sərgi təşkil edərək, onları bir biri ilə dəyişdilər. Tədbirin sonunda psixoloq Nübar xanımın mövzu ilə əlaqədar “Yaxşılıq nə üçün lazımdır?” sualına iştirakçılar geniş və dolğun cavab verdilər.Tədbir iştirakçıları bir daha yəqin etdilər ki, kitab, mütaliə şagirdlərin gələcək həyatının müəyyən edilməsində, şəxsiyyət kimi formalaşmağında başlıca meyardır.