İnfomatrix müsabiqəsində layihəmizin iştirakı

İnfomatrix - dünyanın ən yaxşı İT şagirdlərini bir yerə toplayaraq beynəlxalq kompüter yarışmasını təşkil edən proyektdir. Yarışma təkcə profesional mükəmməlliyi inkişaf etdirmək üçün deyil, həmçinin müxtəlif ölkələrdən tələbə və müəllimləri cəlb edərək, beynəlxalq dialoqun və əməkdaşlığın yüksəlməsinə xidmət edir.Beynəlxalq dərəcəli olimpiadada dünyanın 56 ölkəsindən gəlmiş nümayəndələr iştirak edir.Layihədə "5" nominasiya üzrə mükafatlandırma mövcuddur.1. Proqramming (proqramlaşdırma)2. Computer ART (kompyuter incəsənəti)3. Roboties (robotlaşma) 4. Hardvare Control (proqram təminatı) 5. Short Movie (qısametrajlı film).Bizim məktəb Short Movie nominasiyası üzrə iştirak etmiş və Family' s drama filmini ərsəyə gətirmişdilər. İlk turda çəkilmiş film bəyənilmiş və dünya finalına keçirilmişdir. Uğurlu çıxışa görə şagirdlərimiz Baş Katib Valentina Bounegaru tərəfindən 27 aprel - 1 may 2017 - ci il tarixində Ruminiyanın Buxarest şəhərində keçiriləcək İnformatrix 2017 Dünya Final yarışmasına dəvət almışlar. Uğur qazanmış "Ailə dramı" filmi şagirdlərdənCavad Cəbrayılov, Kamran Əliyev, Samir Rəhimov, Nəzrin Ədilova, Xanım Zeynalova, Aysu Məmmədova, Seyran Rəcəbova, Nail Qırxıyev, Rəsul Cəbrayılov, Səbinə İbişova, Rəşad Yılmazın iştirakı ilə hazırlanmışdır. Filmin hazırlanmasında şagirdlərə məktəbin informatika müəllimi Feyzullayeva Natəvan müəllimə rəhbərlik etmişdir.Ümumi məsəhətləşmə nəticəsində Beynəlxalq olimpiada da məktəbimizi Feyzullayeva Natəvan müəllim ilə birlikdə IX sinif şagirdləri Cəbrayılov Cavad və Zeynalova Xanım təmsil edəcəklər.