"Elimizin ən gözəl bayramı - Novruz"

Bayramların bir çoxu insanlar tərəfindən müxtəlif əlamətdar hadisələri yadda saxlamaq, qeyd etmək üçün yaradılıb. Lakin bu bayramlar sırasında elələri də var ki, bizə Yaradanın lütfi ilə bəxş olunub.Xalqımızın bu böyük bayramlarından biri olan Novruz minilliklər boyu bu adla tanınıb.Tarixi çox qədimlərə gedib çıxan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz başdan – başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.Xalqın adətinə görə bayram günü süfrəyə müxtəlif nemətlər qoyular, qız – gəlin təzə paltar geyər, novruzqabağı evlərdə təmizlik işləri görülər, evlər ağardılar, pərdələr yuyular, xoş bir mənzərə, bayram ab – havası yaradılardı. Məktəbimizin həyətində düzənlənmiş bayram şənliyində şagirdlərin Qusar rayonuna məxsus olan bayram yeməklərini nümayiş etdirdilər. Bu yeməklərin arasında Ləzgi xərək çörəyi, Ləzgi qutabı afarar və digər ləziz təamlar göz oxşayırdı.Şagirdlərimiz milli paltarlarda idilər. Oğlanların geyimində papaq, xəncər kimi milli elementlər də yer almışdı. Onların ifasında Novruza həsr olunmuş şeirlər və mahnılar səsləndirildi. Valideynlərimizdə bu tədbirə milli geyimdə qatılmışdılar. Onlar hər il olduğu kimi, indi də məclisdə həvəsdə iştirak edirdilər. Onların əynindəki əlvan milli geyimlər məclisə özünə məxsus gözəl abu hava qatmışdır. Direktorumuz Aygün Əzizovanın bayram təbriki çöhrələrə sevinc təbəssümü bəxş etdi. O, çıxışının sonunda arzu elədi ki, gün o gün olsun ki, bu bayram işğal olunmuş torpaqlarımızda – Şuşada qeyd olunsun.Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, başda məktəbin direktoru Aygün xanım Əzizova olmaqla bütün müəllimlərə, onların ailələrinə bir daha səadət, firavanlıq, can sağlığı arzu edir və işlərində uğurlar diləyirik.