“Uşaq qalereyası - Açıq qapı günü”

26.03.2017 – ci il tarixində Uşaq qalereyasında “Açıq qapı günü” keçirilmişdir. Açıq qapı günündə digər məktəblərlə yanaşı 251 №li məktəbin nümayəndələri Əzimli Aysu VI, Əzimli Zəhra VI, Zeynalova Xavər VII sinif şagirdləri məktəbin texnologiya müəllimi Musayeva Bağdad müəllimin rəhbərliyi ilə iştirak etmişlər.“Açıq qapı günü” münasibətilə uşaq qalereyasında ustad dərsi başladı. Şagirdlər 1 saat ərzində akvarel ilə rəsm çəkdilər. Qalereyaya gedərkən şagirdlərə öz işlərini aparmaq tapşırılmışdı. Həm ustad dərsi zamanı, həm də hazır işlərdə tanış olan qalereyanın müəllimi Natavan xanım şagirdlərin işlərini bəyəndiyini söylədi. Onlara gələcəkdə uğurlu işlər yaradacaq rəssam olmaq üçün tövsiyyələrini bildirdi.Natavan müəllim şagirdlərə rəsm dərnəklərində məşğul olmağı və peşəkarlardan dərs almağı məsləhət gördü.Gənc rəssamların işlərini bəyənməklə yanaşı, çatışmamazlıqları da göstərdi.Müəllim xüsusilə vurğuladı ki, şagirdlər rəsmə aid texniki proqram öyrənməlidirlər. Sözügedən tədbir gənc rəssamlarda rəsmə, yaradıcılığa daha böyük həvəs oyatdı. Şagirdlər bir daha yəqin etdilər ki, həqiqi sənət əsərləri yaratmaq üçün daim çalışmaq və rəssamlığın texnika və texnologiyasına yaxından bələd olmaq lazımdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi