"Badmintonda növbəti uğurumuz"

YAP – İ ictimai siyasi qəzetinin 13.02.2017 – ci il tarixli buraxılışında məktəbimizin III sinif şagirdi Mustafayeva İntizarın idman uğurlarından bəhs edən məqalə dərc olunmuşdur. Məqalədə məktəbin direktoru Aygün xanım Əzizovanın təşəbbüsü ilə İntizarın idman uğurları ilə bağlı keçirilən tədbir işıqlandırılmışdır.Məqalədə ümumilikdə Respublika səviyyəsində idmanın digər növləri ilə yanaşı badminton növünün də inkişaf etdiyi qeyd edilmişdir. İnkişaf etməkdə olan idmanın müxtəlif növlərində İntizar kimi ümidverici yetirmələrinin uğurları həm sevinc, həm də qururvericidir.