"Ənənəvi səhər toplantısı"

27.03.2017 – ci il tarixində məktəbdə növbəti səhər toplantısı keçirilmişdir.Toplantıda məktəbin direktoru Aygün xanım Əzizova IX – X – XI sinif şagirdlərilə aşağıdakı mövzularda söhbət aparmışdır.1. Şagirdlərin dərsə davamiyyəti2. Məktəbdaxili nizam – intizam qaydalarına əməl olunması3. Qızların məktəbə gələrkən saçlarını səliqəli şəkildə yığması4. Ötən həftə ərzində qazanılan nailiyyətlər 5. Məktəbin Xe sinif şagirdi Marşlok Romanın “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan səfəri.Direktor Aygün xanım Əzizova şagirdlərə məktəbin daxili nizam – intizam qaydalarına əməl etməyi tapşırdı. Hər kəs məktəbə səliqəli şəkildə əsl şagird kimi gəlməlidir. Daha sonra “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində digər Bakı məktəbliləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər etmiş Xe sinif şagirdi Marşlok Romanın səfəri haqqında danışıldı. Roman toplantı iştirakçıları ilə öz səfər təsüratlarını bölüşdü.Daha sonra məktəbimizdə “Olimpiya Hərəkatı” proqramı çərçivəsində Nizami rayon üzrə rayondaxili mərhələdə “Velosiped” idman növündə I yeri tutduğuna görə məktəbin şagirdləri Canpoladova Efsanə VIIIa, Muxtarlı Mustafa VIId, Qasımov Həsən VIIc, Həsənov Əli VIIIb mükafatlandırılmışdır. Şagirdləri yarışa məktəbin idman müəllimi Həşimov Elvir müəllim hazırlamışdır.Məktəbin VIIIç sinif şagirdi Babayev Ənvər Azərbaycan Republikasının Əməkdar məşqçisi Şöhrət Ordenli Rauf Cabbarovun xatirəsinə həsr edilmiş 2004 təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən Boks üzrə Beynəlxalq turnirdə 52 kq çəki dərəcəsində I yeri tutaraq diplomla təltif olunmuşdur. Boks Federasiyasının nümayəndəsi və Aygün xanım şagirdlər qarşısında Ənvəri təbrik edərək onu mükafatlandırmışdır.