"İnteraktiv alətlər vasitəsi ilə dərslərin qurulması"

23.03.2017 – ci il tarixində məktəbdə direktor Aygün xanım Əzizova və Bakı Avropa liseyinin İKT üzrə direktor müavini Rəhilə Əliyarzadənin təşkilatçılığı ilə “Yeni interaktiv alətlər vasitəsi ilə dərslərin qurulması” mövzusunda, dərsin yeni kurikulum strukturunda müəllimlər arasında əməkdaşlığın təşkili təlimi keçirlmişdir. Təlimdə 50 müəllim iştirak etmişdi.Təlim saatında haqqında sözügedən təlim metodlarının öyrənilməsi baxımından müəllimlərə müxtəlif saytlardan bəhrələnmə tövsiyyə olunmuşdur. Təşkilatçılar kurikulumun təlimi barədə təlim iştirakçılarına məlumat vermişdir.Daha sonra dərslərdə interaktiv təlim üsulları ilə bağlı müzakirə keçirmişdir.İKT üzrə mütəxəssis Rəhilə Əliyarzadə MİX proqramı ilə bağlı məlumat vermişdir.Müzakirələr zamanı müəllimlər də öz keçdikləri interaktiv təlim metodlarından danışmışlar.Təlim saatının sonunda müəllimlər öz fikirlərini bu təlimdən öyrəndikləri ilə bağlı mülahizələrini bölüşmüşlər.Məktəbin direktoru Aygün xanım Əzizova və İKT mütəxəssisi Rəhilə Əliyarzadə belə ustad dəsrlərinin davamlı şəkildə aparılmasını qərara aldılar.Təlim saatının sonunda bu cür tədbirlərin zamanın nəbzini tutan, müasir dövrün tələblərilə ayaqlaşan, təlim metodlarının öyrənilməsində müəllimlərə yardımçı olacağı vurğulanmışdır.