"Ölkəmizi tanıyaq" layihəsi

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Martın 17-də respublikamızın müxtəlif rayon və şəhərlərindən 180 şagird Naxçıvana yola düşmək üçün Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliblər. 251 №li tam orta məktəbin 10ç sinif şagirdi Roman Marşlokda bu aksiyada iştirak edir.Qədim yurdumuzun bir parçası olan Naxçıvanın gəzməli - görməli yerlərinə səyahət məktəblilərdə, o cümlədən, Roman Marşlokda da Vətənimizin tarixinə, memarlığına, mədəniyyətinə maraq oyatmışdır.23.03.2017 - ci il tarixində başlayan səfər turunda şagirdlər "Heydər Əliyev Muzeyi", "Mömünə Xatun türbəsi", "Bayraq meydanı", "Rəsədxana", "İbn Küseyri türbəsi", "Gənclər mərkəzi", "Maşınqayırma zavodu", "Badamlı Zavodu", Hüseyn Cavidin məqbərəsi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Qala tarix - memarlıq kompleksi, "Duzdağ" müalicə fizioterapiya mərkəzi, "Şahbuz" Dövlət təbiət qoruğu ilə tanışlıq şagirdlərdə doğma Vətənimizə bağlılıq, sevgi kimi hissləri bir qədər də artırdı.Dörd gün davam edən səfər layihə iştirakçılarında xoş hisslər oyatdı. Belə tədbirlərin davamlı olaraq təşkil edilməsi Vətənimizə, onun bu gününə, sabahına bağlı vətəndaşların yetişməsində əhəmiyyətli rol oynayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi