"Xonçalı Novruz gəlir"

Nizami rayonunda yerləşən “Heydər Əliyev adına istirahət parkında, Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə böyük “Novruz şənliyi” keçirilmişdir. Rayon ərazisində yerləşən məktəblərin xüsusi hazırlanmış güşələrində xalqımıza məxsus tarixi – maddi nümunələr sərgilənirdi. Hər bir güşə özünəməxsusluğu ilə seçilirdi. Bu güşələrdə xalqımızın tarixi keçmişi, onun gündəlik həyat tərzi, məişət əşyaları sərgilənirdi.Məktəb güşələri içərisində 251 nömrəli məktəbin nümayəndələrinin hazırladığı güşə də var idi.Al - əlvan çiçəklərlə bəzədilmiş səmənilər, xalqımızın zəngin mətbəxindən xəbər verən şirniyyatlarla bəzədilmiş xonçalar, milli ornamentlərlə bəzədilmiş əşyalar güşəmizi daha baxımlı edirdi.Məktəbin 7a sinif şagirdi İbişova Səbinənin söylədiyi bahar şeiri tamaşaçıların rəğbətinə səbəb oldu.8ç sinif şagirdi Gülməmmədov Kənanın ifa etdiyi saz havası tədbirə sanki bahar rüzgarı gətirdi.Rayon İcra başçısı cənab Arif Qasımov tədbirə gələrək öz fikirlərini bildirmiş, iştirakçıları bayram münasibətilə təbrik edərək, onlara uğurlar arzulamışdır.Xeyli davam edən tədbir idmançıların yarışları, saz havaları, şeir və mahnılarla könülləri oxşadı.Hər kəs bu böyük tədbirdən yaratdığı qəhrəmanlıq dolu, minilliklərə dayanan tarixə, maddi – mənəvi sərvətlərə və bu günümüzə qədər qorunub saxlanılan, “YUNESKO” dünyanın maddi – mənəvi sərvətləri siyahısına daxil edilmiş möhtəşəm “Novruz” bayramına sahib olduğu üçün fəxr və qururla ayrıldı.http://nizami-ih.gov.az/news/304.html
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi