"Bayram təbriki"

17.03.2017 – ci il tarixində akt zalında məktəbin direktoru Aygün xanım Əzizova məktəbin pedaqoji və texniki heyəti ilə toplantı keçirmişdir. Əvvəlcə “Novruz” bayramı münasibətilə Aygün xanım kollektivi səmimi qəlbdən təbrik etmiş onlara ailə səadəti, işlərində uğurlar arzulamışdır. Aygün xanım bayram münasibətilə kişi müəllimlərə xüsusi hədiyyələr təqdim etmişdir.Məktəbin əmək təlimi müəllimi Xudaverdiyev Eldar müəllim hədiyyələrə görə müəllimlər adından Aygün xanıma təşəkkür etmişdir.Daha sonra natiq rəhbərlik etdiyi qısa zaman kəsiyində görülən işlərdən, uğurlardan bəhs etmişdir. Müavinlərdən Ülviyyə xanım Nuriyeva müəllimlərə xüsusilə axırıncı dərs saatı zamanı siniflərə tez daxil olaraq, nəzarət etməyi və bununla da X - XI siniflərin dərsdən yayınmalarının qarşısını almağı tövsiyyə etmişdir. Təsərrüfat işləri üzrə müavin Abdullayev Müasir müəllim pedaqoji və texniki işçilərə tətilə gedərkən sinif otaqlarında elektrik cəryanı ilə işləyən bütün avadanlıqları şəbəkədən ayırmağı, qapı və pəncərələri bağlamağı, şkaflardakı şəxsi əşyaları götürməyi tapşırmışdır. Tətil zamanı məktəbin təhlükəsizliyinin təminatı üçün bu tədbirlərin vacibliyi qeyd edilmişdir. Məktəbin riyaziyyat müəllimi Xudatlı Afaqın rəhbərlik etdiyi 6a sinfinin şagirdi Həsənzadə Maliki fənn olimpiadasında riyaziyyat fənni üzrə şəhər turuna vəsiqə qazanması münasibətilə təbrik etmişdir.Aygün xanım məktəbin bu uğrunda Afaq müəllimin fəaliyyətini yüksək qiymətləndirmiş və ona yeni nailiyyətlər arzulamışdır.Malikin ibtidai sinif müəllimi İsmayılova Təranə müəllimənin fəaliyyəti alqışlanmış və onun yetirmələri arasında savadlı dünyagörüşlü, çalışqan şagirdlərin say çoxluğu qeyd edilmişdir.Direktor məktəbin uğurları ilə bərabər çatışmamazlıqları da qeyd etmiş və onların aradan qaldırılması yollarını göstərmişdir.Yaz tətili günləri üçün fənn müəllimlərinə xüsusi tapşırıqlar verilmiş, məktəbdə baş verən köklü dəyişikliklərdə onların xüsusi rolunu vurğulanmışdır.Aygün xanım nəzərdə tutulan işlərin həyata keçirilməsində vəzifəsindən asılı olmayaraq hər kəsin səfərbər olmağa səslənmişdir.